İdman 20.10.2025

Tanınmış şərhçi "Fənərbaxça" oyunundan sonra əsəbiləşdi

Tanınmış şərhçi "Fənərbaxça" oyunundan sonra əsəbiləşdi
Süper Liqada "Fənərbağça"nın qələbəsi tənqidlərlə müşayiət olundu ## "Fənərbağça"nın oyunu azarkeşləri əyləndirir, həm də əsəb böhranına salır"

Süper Liqanın 9-cu turunda "Fənərbağça" doğma meydanda "Mısırlı.com.tr Fatih Karagümrük" komandasını çətinliklə də olsa 2-1 hesabı ilə məğlub etdi. Xallarını 19-a yüksəldərək bir qədər rahat nəfəs alan sarı-lacivərdlilər, azarkeşlərinə stres dolu anlar yaşatdığı mübarizədən 3 xalla ayrılsa da, tənqid səsləri yüksəlməyə davam etdi.

Oyunun ardından Kontraspor-da danışan keçmiş milli futbolçu və şərhçi Nihat Kahveci, "Fənərbağça"nın oynadığı futboldan danışarkən əsəbiləşdiyini gizlətmədi. Stres yüklü bir oyunun geridə qaldığını söyləyən Kahveci "Yox, qardaş, "Fənərbağça"lı azarkeşlərə rahat oyun izləmək yoxdur. Nəbz 200-ə çıxacaq, çıxmadan olmaz! "Fənərbağça"nın oyunu azarkeşləri həm əyləndirir, həm də əsəb böhranına salır" sözlərini işlətdi.

## Szyamnskini göndərmək lazımdır?

Performansı ilə tənqid oxlarının əsas hədəfi olan Sebastian Szyamanski haqqında da danışan Kahveci, son həftələrdə polşalı ulduzun böyük düşüş yaşadığını bildirdi. Yol ayrımı işarəsi verən Kahveci "Szyamanski də bir o qədər pis vurdu, ondan sonra azarkeşlər partladı artıq stadionda. Artıq Szyamnskini fasilədə yollaya bilirsinizsə, göndərin" ifadələrini işlətdi.

Təcrübəli futbol adamı, "Fənərbağça"nın baş məşqçisi Domenico Tedesco-nun da bıçaq üstündə olduğunu bildirərək, "Bu gün oyun 2-2 bitsəydi, Tedesco sabahı görə bilərdimi? Azarkeş yaxşı oyuna deyil, nəticəyə baxır" qiymətləndirməsini etdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz