Haalanddan tarixi uğur
Norveç milli komandası, FİFA Dünya Çempionatı seçmə mərhələsinin 3-cü oyununda İsraili 5:0 hesabı ilə məğlub etdi. Qolları Anan Xəlaili (öz qapısına), Erlinq Haaland (3 qol) və Nachmias (öz qapısına) vurdu.
Erlinq Haaland, milli komanda tarixində 50 qola ən sürətli çatan oyunçu kimi tarixə düşdü. Norveçli ulduz bu nailiyyətə cəmi 46 oyunda imza atdı. Əvvəlki rekord, 71 oyunda 50 qol vuran ingilis futbolçu Harri Keynə məxsus idi. Haaland, bu göstəricisi ilə yeni bir səhifə açdı.
Tribunalardan Fələstinə dəstək
Norveç Futbol Federasiyasının avqust ayında matçdan əldə olunan bütün gəlirin Qəzzaya bağışlanacağını açıqlaması ilə başlayan proses, stadionda toplaşan minlərlə azarkeşin Fələstinə dəstək verməsi ilə davam etdi. Norveçli azarkeşlər, federasiyanın icazəsi ilə stadiona Norveç və Fələstin bayraqları ilə gələrək dəstəklərini nümayiş etdirdilər.
"Qırmızı kart" aksiyası
Norveç-İsrail matçını izləyən azarkeşlər, təşkil etdikləri aksiya ilə İsrailə "qırmızı kart" göstərdilər. İsrailin Qəzzada həyata keçirdiyi soyqırım səbəbindən beynəlxalq futbol arenasında cəzalandırılmasını tələb edən futbolsevərlər, "Futbola qan bulaşmaması" üçün imza kampaniyaları ilə UEFA və FİFA-ya müraciət etmişdilər.
Gücləndirilmiş təhlükəsizlik tədbirləri
Norveç-İsrail qarşılaşması, 1994 Qış Olimpiya Oyunlarından sonra ölkədə təşkil edilən ən yüksək səviyyəli idman tədbiri oldu. Paytaxt Oslo'da təhlükəsizlik tədbirləri ən üst səviyyəyə qaldırıldı, Ullevaal Stadionunun üzərindəki hava sahəsi "uçuşa qadağan zona" elan edildi. Təhlükəsizlik tədbirləri səbəbindən 27 min nəfərlik Ullevaal Stadionunun tutumu 3 min nəfər azaldılaraq 24 minə endirildi.
Oxucu Şərhləri
Şərh Yaz