Dünya 16.10.2025

Diplomatiya gündəmi qızışır: Son dəqiqə

Diplomatiya gündəmi qızışır: Son dəqiqə

Prezident Erdoğanın İkili Təmasları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə əl sıxdıqdan sonra bir müddət söhbət edib. Sammit öncəsi bəzi ölkə liderləri ilə görüşən prezident, ikitərəfli təmaslar aparıb. Bu çərçivədə, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, İtaliya Baş naziri Corciya Meloni, Almaniya Baş naziri Fridrix Merz, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani və İordaniya Kralı II Abdullah ilə görüşüb. Liderlərlə söhbət edən Ərdoğan, Makron və Starmer ilə birgə foto çəkdirib.

Qəzzadakı Vəziyyətlə Bağlı Həssas Mövqe

Ankarada aparılan qiymətləndirmələrə görə, Türkiyənin əsas prioritetləri bunlardır: silahların susması, insan həyatlarının xilas edilməsi və fasiləsiz humanitar yardıma imkan yaradılması. Qeyd olunub ki, əldə olunan razılaşmalar törədilən cinayətlərin bağışlanması və ya gizlədilməsi demək deyil. Nə müharibə cinayətləri, nə də soyqırım üçün zaman aşımı mövcud deyil. Türkiyə, Holokostun dünyada müəyyən mexanizmlər yaratdığı kimi, bölgədə baş verən soyqırımın da qalıcı institusional nəticələrinin olması üçün fəaliyyətini davam etdirəcək.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz