MELİSSA KASIRĞASI KARİBİ VURDU
Dünyanın ən böyük kasırğası elan edilən Melissa kasırğası, Jamaikanı dağıtdıqdan sonra Kubaya zərbə endirib. Saata 295 kilometr sürətlə əsən küləklər hər iki ölkədə dəhşətli anlar yaşadıb, infrastruktura ciddi ziyan vurub.
Kategoriya 4 səviyyəsində irəliləyən fırtına, Jamaikanın cənub-qərbindəki New Hope qəsəbəsi yaxınlığında quruya çatdı. ABŞ Milli Kasırğa Mərkəzi bu külək sürətinin Kategoriya 5 sərhəddini keçdiyini açıqlayıb. Melissa rəsmən kateqoriyaları ötdü. Jamaikada şəhərlər su altında qaldı, evlər dağıldı. Su daşqınları bütün kəndləri yudu. Fırtınaya hazırlaşan Kubada isə 500 mindən çox insan şəhərləri tərk edərək yüksək yerlərə köçdü. Hər iki ölkə böyük fəlakət yaşadı.
JAMAİKA VİRAN QALDI: HÖKUMƏT KÖMƏK ÇAĞIRIŞI ETDİ
Jamaikada şəhərlər su altında qaldı, saysız-hesabsız evlər yerlə yeksan oldu. Su daşqınları bütün kəndləri yudu, əhalinin həyatını iflic etdi. Xüsusilə cənub-qərbdə yerləşən St. Elizabeth bölgəsi tamamilə su altında qalıb. Hakimiyyət orqanları 500 mindən çox insanın elektriksiz qaldığını bildirib.
Jamaikanın Baş Naziri Andrew Holness fırtınanın keçməsindən sonra verdiyi açıqlamada, "Əldə etdiyimiz məlumatlara görə, xəstəxanalar, yaşayış binaları, ticarət obyektləri və yollar böyük zərər görüb" deyib. O, hələlik həyatını itirənlər barədə məlumat olmasa da, kasırğanın gücü və dağıntıların miqyası nəzərə alınaraq itkilərin olacağını gözlədiklərini vurğulayıb. Milli Kasırğa Mərkəzi fırtınanın adanı tərk edərkən sürətinin saatda 233 kilometrə endiyini bildirib.
Adada kasırğaya hazırlıq işləri zamanı üç nəfərin həlak olduğu, bir fəlakət koordinatorunun isə insult keçirərək xəstəxanaya yerləşdirildiyi qeyd edilib. Jamaika tarixində ilk dəfə olaraq Kategoriya 4 və ya 5 səviyyəsində bir kasırğa tərəfindən birbaşa vurulduğu bildirilir ki, bu da hökuməti beynəlxalq yardım üçün çağırış etməyə vadar edib. Karib dənizindəki digər adalar da yüksək təhlükə altında qalıb.
KÜBADA KÜTLƏVİ TƏXLİYƏ VƏ XƏBƏRDARLIQLAR
Kasırğanın istiqamətinin şimal-şərqə dəyişərək Kubanın Santyaqo de Kuba şəhərinə yönəldiyi açıqlanıb. Kuba hakimiyyət orqanları Melissa kasırğasına hazır olduqlarını bildiriblər. Kuba Prezidenti Miguel Díaz-Canel dövlət qəzeti Granmada yayımlanan mesajında, "Bu günorta və axşam saatlarında fırtınanın təsirlərini hiss edəcəyik. Xalqımızdan təxliyə çağırışlarına əməl etmələrini xahiş edirik" deyə vurğulayıb.
Díaz-Canel "Bu fırtınanın böyük dağıntılara səbəb olacağını bilirik" sözləri ilə xalqını xəbərdar edib. Kubada 500 mindən çox insan təhlükəsizlik məqsədilə yüksək ərazilərə təxliyə edilib. Baham adaları hökuməti də cənubda yaşayan əhalinin təxliyəsinə qərar verib.
Dünya Meteorologiya Təşkilatından Anne-Claire Fontan vəziyyəti "fəlakət" olaraq xarakterizə edib və dörd metrə çatan dalğaların sahilləri döydüyünü qeyd edib. Alimlər okean sularının temperaturunun artmasının fırtınaları daha tez-tez və güclü etdiyini bildirirlər. Yardım təşkilatları ərzaq, nəqliyyat vasitələrinin hissələri və kənd təsərrüfatı ləvazimatlarının ilkin ehtiyac olduğunu vurğulayıb.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz