Gündəm 18.10.2025

Ağ Ev sözçüsü söyüş söydü

Ağ Ev sözçüsü söyüş söydü
ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasındakı görüşdən sonra Ağ Ev spikeri Karoline Leavitt jurnalistlərin suallarını cavablandırırdı. Həmin gün ABŞ prezidenti Donald Tramp və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüşü də gündəmdə idi. Solçu baxışları ilə tanınan Huffpost qəzetinin müxbiri sual vermək üçün əl qaldırdı. Ağ Ev spikeri Leavittin üzü düşsə də, sualı qəbul etdi. Bunun ardınca Huffpost müxbiri: "Görüş yerinin Budapeşt olmasına kim qərar verdi?" sualını verdi. Bu sualdan sonra Leavittin üzündə təbəssüm yarandı. Cavab olaraq, "Anan verdi" dedi. Nəyə uğradığını anlamayan müxbir, "bunun nə demək olduğunu" soruşduqda Leavitt cavab vermədi.

Ağ Ev Kommunikasiyasında Kəskin Dəyişiklik

Sualın verilməsinin səbəbi sadə idi: Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı olan Putinin, hüquqa görə Budapeştdə həbs edilməsi vacibdir. Eyni sualı Ağ Ev Kommunikasiya Direktoru Steven Cheung-a elektron poçt vasitəsilə ünvanlayan müxbir, eyni şəkildə "anan" cavabını aldı. Ağ Ev jurnalistlərin bu məsələ ilə bağlı tənqidlərini rədd etdi. Spiker Taylor Rogers Huffpost müxbirinə istinadən qeyd etdi ki, “Bu şəxs əsl jurnalist deyil, Demokrat fəalıdır. Buna görə də cavabımız olduqca münasib idi”. Rogers əlavə etdi: “Mətbuat konfransı komandamız hər gün yüzlərlə ciddi sual alır, partizan şəxslərlə vaxt itirə bilmərik”. Ağ Ev son dövrlərdə təhqiramiz dil işlətməyə başlayıb. Leavitt, Fox News kanalında Demokrat Partiyasının “Həmas terrorçuları, qanunsuz miqrantlar və zorakı cinayətkarlardan” ibarət olduğunu bildirib. Zelenski ilə görüşən ABŞ prezidenti Donald Tramp isə Venesuelanın "son dərəcə səxavətli" təklifi haqqında danışarkən, "Venesuela bizə hər şeyi verməyə hazırdır, çünki heç bir şey edə bilməzlər" deyə qeyd edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz