Новости Азербайджана

Fransa səfirinin geri çağırılması, rus sülhməramlılarının Qa…

“Fransa son aylarda Azərbaycan tərəfindən ikitərəfli münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etdirilməsi ilə əlaqədar məsləhətləşmələr üçün Azərbaycandakı səfirini geri çağırmaq qərarına gəlib”. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin aprelin 16-da yaydığı məlumatda deyilir.

“Respublika Prezidenti bu gün səfirimizi bu münasibətlə qəbul etdi. O, Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin öz niyyətlərinə aydınlıq gətirməsini arzuladığını bildirib.Fransa beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha bəyan edir”, – məlumatda qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.

Bu arada yerli medianın yaydığı məlumata görə, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. Məlumata görə, Rusiya kontingentinin Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk etməsi prosesinə start verilib.

Artıq Kəlbəcərin Xudavəng monastırındakı post Azərbaycan polisinə təhvil verilib. Xocalıdakı baza da boşaldılır. Tarixi və böyük prosesin bir neçə günə tam yekunlaşması gözlənilir. Bununla da Azərbaycan Qarabağ və bütün torpaqları üzərində ilə tam suveren nəzarətini bərpa etmiş durumdadır.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Gündəmdə olan bu və digər mövzular barədə siyasi şərhçi Elxan Şahinoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button