ABŞ-ın Miçiqan ştatında yaşayan Tammy Carvey adlı qadın
yapay zəkanın dəstəyi ilə 100 min dollarlıq
Powerball mükafatını qazanıb. Detroit yaxınlığındakı Wyandotte şəhərində yaşayan 45 yaşlı Carvey, sentyabrın 6-da keçirilən tirajda istifadə etdiyi nömrələri ChatGPT-dən soruşduqdan sonra seçdiyini bildirib.
Carvey, adətən yalnız böyük cekpotlar olanda oynadığını qeyd edib. "Cekpot 1 milyard dolları ötmüşdü. Belə bir şansı əldən vermək istəmədim və bilet aldım" deyən Carvey, bu dəfə fərqli bir üsul sınayaraq şansını
yapay zəkaya etibar etməyi seçib.
Milyoner Oldu
Qalib kombinasiya dörd ağ və bir qırmızı lotereya topundan ibarət idi. Bu uyğunluq adətən 50 min dollar qazandırsa da, Carvey biletinə "Power Play" (böyük cekpot xaricindəki qazancları 2-5 dəfə artıran bir çarpan sistemi) seçimini də əlavə edərək mükafatını ikiqat artırıb və 100 min dollara çatdırıb.
Əvvəlcə nə qədər qazandığını tam olaraq başa düşməyən Carvey, mükafatın yalnız 50 min dollar olduğunu zənn edib. Talihli, "Google-da axtaranda bu uyğunluğun 50 min dollar qazandırdığını gördüm" deyib. Lakin Miçiqan Lotereyası hesabına daxil olduqda "Power Play" seçimini əlavə etdiyini fərq edərək əsl mükafatını öyrənib. O, duyğularını "Həyat yoldaşımla birlikdə şoka düşdük" sözləri ilə ifadə edib.
Evinin Borcunu Kapatmaq Üçün İstifadə Edəcək
Carvey, mükafatını almaq üçün bu yaxınlarda Miçiqan Lotereyasının mərkəzinə gedib və qazancını evinin borcunu bağlamaq, qalanını isə yığmaq üçün istifadə edəcəyini açıqlayıb. Şansının gətirdiyi bu gözlənilməz qazancı "bir lütf" kimi dəyərləndirib.
'Yapay Zəka Nəticələri Təxmin Edə Bilməz'
Miçiqan
lotereyası rəsmiləri isə, hekayənin əyləncəli olduğunu qeyd etməklə yanaşı,
yapay zəkaların və ya nömrə yaradan alətlərin tiraj nəticələrini təxmin edə bilməyəcəyini xatırladıblar. Onlar, "Tiraj nəticələri tamamilə təsadüfidir və alqoritmlərlə təxmin edilə bilməz" şəklində açıqlama veriblər.
Buna baxmayaraq, texnologiya bəzi oyunçuların şans axtarışlarında artıq adi bir alətə çevrilməkdədir. Carveyin hekayəsi bu tendensiyanın ən son nümunəsidir.
Daha Bir Şəxs Yapay Zəka Sayəsində Milyoner Oldu
Keçən ay buna bənzər bir hadisə də Virciniya ştatında baş verib. Lotereya oyunçusu Carrie Edwards, yenə də ChatGPT tərəfindən tövsiyə edilən nömrələrlə 150 min dollar qazanıb. Lakin Edwards, bütün mükafatını xeyriyyəçiliyə bağışlamaq qərarına gəlib.
Qazancını üç müxtəlif quruma – Frontotemporal Deqradasiya Assosiasiyası, Shalom Farms və Hərbi Dəniz Qüvvələri-Dəniz Piyadaları Yardım Cəmiyyəti – bərabər şəkildə bölüşdürən Edwards, bu qurumlarla daha əvvəl də əməkdaşlıq etdiyini və onların təmsil etdiyi “sağlamlaşma, xidmət və icma” dəyərlərinin özü üçün əhəmiyyətli olduğunu bildirib. Vergilər çıxıldıqdan sonra hər təşkilat təxminən 36 min dollar ianə alıb.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz