İstanbul Boğazının iki əzəli rəqibi Beşiktaş və Fənərbaxça bu gün Tüpraş Stadionunda qarşılaşacaq. Saat 20:00-da başlayacaq mübarizəni gənc hakim Əli Yılmaz idarə edəcək. Türkiyə Futbol Federasiyası hakimlərin bahis oynama qalmaqalından sonra kritik mübarizə üçün 31 yaşlı hakimi təyin etmişdi.
Rəqiblərin mövqeyi
İki əzəli rəqibin 362-ci dəfə qarşı-qarşıya gələcəyi derbi öncəsi vəziyyətə nəzər saldıqda, Beşiktaş 17, Fənərbaxça isə 22 xala malikdir. Ev sahibi Beşiktaş-ın qazanmaqdan başqa çarəsi yoxdur. Liqada 10 oyundur məğlub olmayan "Kanarya" isə qalib gələrək "Qalatasaray"-ı zirvədə rahat buraxmaq istəmir.
Ulduzların hədəfi
Beşiktaş-lı Rafa Silva ilə Fənərbaxça-lı Ən Nəsirinin taleləri ayrıdır. Rafa "Qalatasaray"-a 2 qol atarkən Fənərbaxça qapısını hələlik fəth edə bilməyib. Ən Nəsirinin də Beşiktaş-a qarşı qolu yoxdur. Gözlərin üzərində olacağı iki ulduz futbolçu, bugünkü derbidə ilk dəfə qol sevinci yaşamaq istəyir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz