Новости Азербайджана

Azərbaycan milli təhlükəsizlik məsələsində İsrailə etibar ed…

Azərbaycan hökuməti İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə vergi güzəştləri müqabilində ölkəyə köçməyi təklif edir.

“Turan”ın məlumatına görə, İsrailin “Globes” nəşri Azərbaycana köçməyin mümkünlüyünü nəzərdən keçirən şirkətlərdəki mənbələrinə istinadla məlumat yayıb.

“Xüsusən, Azərbaycan bu şirkətləri 10 il müddətinə korporativ vergidən, əmlak vergisindən, torpaq vergisindən və dividend vergisindən tam azad etməyi təklif edir. Bu, Azərbaycanın seçilmiş İsrail startaplarına təklif etməyə başladığı imtiyazların hamısı deyil. Bu addım Bakıda texnologiyalar parkının işə salınması ilə bağlıdır, lakin Azərbaycan hökumətinin nöqteyi-nəzərinə görə, şirkətlər ölkənin istənilən bölgəsində yerləşdirilə bilər”, – deyə nəşr yazıb.

“Globes”ə görə, İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən bir sıra  şirkətləri artıq ölkəyə köçmə barədə danışıqlar aparır:

“Bəhs edilən vergi imtiyazları ilə yanaşı, şirkətlərin əməkdaşlarının 4700 ABŞ dollarına qədər aylıq əməkhaqqına sıfır gəlir vergisi dərəcəsi tətbiq olunacaq. İmtiyazları əldə etmək üçün şirkət son bir illik fəaliyyəti haqqında məlumat verməli və ya 200 000 manat ölçüsündə illik dövriyyəsini təsdiq etməlidir. Proqram çərçivəsində yaşayış icazəsinin rəsmiləşdirilməsində və məişət məsələlərinin həllində köməyi ehtiva edən ölkəyə immiqrasiya dəstəyi göstərilir”.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Azərbaycan Avrasiya regionunun texnologiya “atası” olmağa can atır, buna görə bu ölkəyə köçmək şirkətlərə türk ölkələrinə açılan bir qapı kimi fayda verə bilər. Bakının Ankara ilə münasibətləri “Bir millət, iki dövlət” ideyasına əsaslanır. Buna görə Türkiyədə fəaliyyət göstərmək istəyən şirkətlər vəziyyətdən faydalana bilər”, – deyə nəşr yazır.

Bu addım Azərbaycan üçün hansı perspektivlər vəd edə bilər?

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button