Qarabağın bərpası üçün ayrılan vəsaitlərin xərclənməsində şə…
Maliyyə Nazirliyi 2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb. Məlumatda azad olunmuş ərazilərin bərpası üçün xərclənən vəsaitin də məbləği açıqlanıb.
2024-cü ilin doqquz ayı ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı xərclənib.
Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1 milyard 728,9 milyon manatı istifadə olunub.
Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard manat ayrılacaq. Bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Qarabağın bərpası üçün vəsaitlərin xərclənməsi ilə bağlı şəffaflıq nə yerdədir?
İqtisadçı Akif Nəsirli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.