Новости Азербайджана

Azərbaycan hansı təhlükələrdən ehtiyyat edir; xarici müdaxil…

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. Bu barədə qərar sentyabrın 30-da parlamentin iclasında qəbul edilib. Komissiyanın sədri deputat Ramid Namazov təyin edilib.

Komissiya xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatlar və həmin müdaxilələrin qarşını alması üçün təkliflər hazırlayacaq.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olub. O, keçirdiyi görüşlərdə beynəlxalq vəziyyəti, iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın istiqamətlərini müzakirə edib.

Rusiya mənbələrinin yazdığına görə, S.Narışkin jurnalistlərlə söhbətində deyib ki, Azərbaycan və Rusiyanın xüsusi xidmətləri bu yaxınlarda ABŞ tərəfindən Rusiya diplomatına “provokativ təhdid”in qarşısını alıblar. O, həmin insident haqda detallı danışmayıb.

Rusiya rəsmisi Moskva və Bakının üzləşdiyi çoxsaylı təhdidlər sırasında beynəlxalq terrorçuluğu, qeyri-leqal miqrasiyanı, silah və narkotiklərin qanunsuz dövriyyəsini, bəzi dövlət strukturları və qeyri-hökumət təşkilatlarının təxribatçı fəaliyyətini sadalayıb, onların Rusiya və Azərbaycanın daxili siyasətinə təsir göstərməyə çalışdığını deyib.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Azərbaycan rəsmiləri ilə görüşdə qeyd olunub ki, indiki şəraitdə kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifələrindən biri xaricdə anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı aksiyaları vaxtında aşkarlamaq və önləməkdir. “Xarici xüsusi xidmətlərin, Rusiya və Azərbaycan ərazilərində ictimai-siyasi sabitsizlik yaratmaq məqsədilə sistemsiz müxalifətdən və beynəlxalq terrorçu təşkilatlardan istifadəsinə qarşı birgə səyləri gücləndirməyin vacibliyi qeyd edilib”.

Siyasi şərhçi Nəsimi Məmmədli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button