Новости Азербайджана

Azərbaycana qarşı planlar hazırlayan xarici dairələr kimlərd…

Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. İlham Əliyev bildirib ki, Azərbaycanın II Qarabağ savaşında qələbəsini həzm edə bilməyən xarici dairələr yeni planlar hazırlayırlar. Ölkə başçısı həmçinin Azərbaycana qarşı ideoloji təxribatların davam etdiyini də vurğulayıb.

Dövlət başçısı deyib ki, birinci nömrəli vəzifə hərbi gücün artırılmasıdır: “…Həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meylləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Prezident quru sərhədlərin bağlı qalmasına da toxunub:

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq”.

Azərbaycan üçün təhlükə yaradan xarici risklər nələrdir?

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Müsavat Partiyasının başqanı İsa Qəmbər Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button