Новости Азербайджана

İlqar Məmmədov istefa verdi. REAL partiyasının sədri kim ola…

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov partiya sədrliyindən istefa verib. Bu barədə İlqar Məmmədov “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair onun şikayətini rədd edib:

“Nəticə etibarı ilə, 2023-cü ildə söz verdiyim kimi, REAL Partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL Partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq”.

İlqar Məmmədov sentyabrın 1-də keçirilən erkən parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən seçkilərə qatılmışdı Bu dairədən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qalib elan olunub.

MSK İlqar Məmmədovun şikayətinə baxıb və 3 məntəqənin nəticələrini etibarsız elan edib.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

İlqar Məmmədov 2010-cu ildən Respublikaçı Alternativ Hərəkatının sədridir.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button