Новости Азербайджана

YAP-ın seçki siyahısında kimlər var? Seçkiyə gedənlər, getmə…

İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclasında partiyanın 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı 125 dairənin hamısı üzrə namizədlərin siyahısı müəyyənləşib.

Siyahıda əvvəllər YAP-dan deputat seçilmiş, lakin son 2020-ci il seçkisində namizəd olmamış Əli Əhmədov, Mübariz Qurbanlı, Xanlar Fətiyev, Səyyad Aran, Eyvaz Qurbanov kimi partiya veteranları yenidən namizəd olublar.

Hakim partiya Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu, Milli Məclisin sabiq sədri, II, III, IV, V çağırış deputat olan Oqtay Əsədovu, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevi, AMEA prezidenti İsa Həbibbəylini, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri, IV, V və VI çağırış deputatı Aqiyə Naxçıvanlını, Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanı növbədənkənar parlament seçkilərində namizəd olaraq irəli sürməyib. Eyni zamanda, II, III, IV, V çağırışda 119 saylı Ağdam seçki dairəsindən mandat alan “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun da adı siyahıya yoxdur.

Sabiq deputatların övladlarının da namizədlikləri irəli sürülüb. Belə ki, namizədliyi 20 saylı Nərimanov ikinci seçki dairəsindən irəli sürülən Samir Əhməd oğlu Vəliyev sabiq deputat Əhməd Vəliyevin, namizədliyi 56 saylı Şabran – Xaçmaz seçki dairəsindən irəli sürülən Mahir Tahir oğlu Süleymanlı isə Siyəzənin keçmiş millət vəkili Tahir Süleymanovun oğludur.Namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Aygün Şaitdin qızı Maniyeva isə sabiq deputat, uzun illər Mərkəzi Seçki Komissiyasının üzvü olmuş, MSK-nın sədr müavini Şaitdin Əliyevin qızıdır.

Bir sözlə 125 nəfərlik siyahıdakı namizədlərdən 66-sı ilk dəfə YAP-dan deputatlığa namizəd kimi elan edilib. Onların arasında maraqlı adlar nəzərə çarpır. Namizədlərin sırasında professor, alim, məktəb direktoru, məktəb müəllimi, gənclər mərkəzi sədri, müğənni, diş həkimi və s. peşə sahibləri də mövcuddur.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

AXCP, Milli Şura, III Respublika Platforması seçkidə iştirak etməyəcəklərini açıqlayıblar. Müsavat partiyası seçkidə iştirak qərarı versə də, başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı seçkidə iştirak etməyəcəklər. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Ədalət partiyasının sədri İlyas İsmayılov, Ali Məclis sədri Meydan Babayev və sədrin digər müavini Elxan Şükürlü  namizədliklərini irəli sürməyəcəklərini bildiriblər.

Siyasi şərhçi Nəsimi Məmmədli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button