Новости Азербайджана

Azərbaycanlı İran Prezidentindən gözləntilər özünü doğruldac…

İranda keçirilən prezident seçkilərində keçmiş səhiyyə naziri, etnik azərbaycanlı Məsud Pezeşkian 53.7 faiz səslə qalib gəldi. Onun islahatçı, korrupsiyadan uzaq, Qərblə münasibətlərin normallaşmasının tərəfdarı olduğu deyilir.

Bu seçkidən əvvəl bir müddət gərgin olan Azərbaycan-İran münasibətlərində yumşalma hiss olunmağa başladı. Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyev İranın keçmiş Prezidenti İbrahim Rəisi ilə görüşdü. Onlar Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılış mərasimində iştirak etdilər. Eyni zamanda, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması da gündəmdədir. M.Pezeşkianın seçkidə qalib gəldiyi gün İ.Əliyev ona təbrik ünvanladı, ötən gün zəng edərək onu Azərbaycana dəvət etdi.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, İranda yeni Prezident vəzifəyə başladıqdan sonra İranla münasibətlərin daha fəal inkişaf edəcəyi gözlənilir.  

Azərbaycanın İrandakı səfirliyi yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək. İran KİV-lərinin məlumatına görə, bu barədə İran XİN-in Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu bildirib.

İran Prezidentindən gözləntilər haqda siyasi şərhçi Zərdüşt Əlizadə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button