Новости Азербайджана

Azərbaycan Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi ilə ə…

Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (İQK) iyulun 3-də Azərbaycanla bağlı rəsmi bəyanat yayıb. Komitə Azərbaycan hakimiyyətinin onunla davamlı olaraq əməkdaşlıq etmədiyini bildirir.

“Rəsmi bəyanat verməklə bağlı belə bir müstəsna qərarın səbəbi Azərbaycanın Komitə ilə əməkdaşlıqdan qəti imtinasıdır. Komitə öz mövcudiyyətinin əsasında duran məsələlərin həllindən ötrü Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq üçün gerçək səylər göstərib. İQK səfərlərinə dair hesabatlarında polis əməkdaşlarının yol verdiyi pis rəftar, hətta işgəncə hərəkətlərinə dair iddiaları detallı göstərib. Ancaq Azərbaycanın Daxili İşlər Nazirliyi bu təcrübəyə son qoymaqdan ötrü Komitənin çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirmək yönündə heç bir addım atmır”, – bəyanatda deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CPT) bəyanatını “əsassız və ədalətsiz” adlandırıb.

Bunu nazirliyin mətbuat katibi Ayxan Hacızadə Komitənin Azərbaycanla bağlı bəyanatına münasibət bildirərkən deyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos Azərbaycan hakimiyyətini Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (İQK) ilə əməkdaşlığı dərhal bərpa etməyə və konstruktiv dialoqa çağırıb.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Hüquq müdafiəçisi, Müdafiə Xətti hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button