Новости Азербайджана

Müəllimlərin sertifikasiyası, təhsil haqqına görə universite…

İyunun 21-22 və 24-də Azərbaycanda növbəti dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanı keçirilib. Bu il ilk dəfə prosesə riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər cəlb ediliblər. Eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də imtahan veriblər. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 448 müəllim iştirak edib.

Ancaq bir çox təhsil eksperti və müəllimlər sertifikasiya imtahanının nəticələrindən narazıdır.

Bu arada, ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb. “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib ki, 2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.

Təhsil məsələləri üzə ekspert Elçin Əfəndi Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button