Новости Азербайджана

Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? -…

Aprelin 25-də Avropa Parlamenti ölkədəki vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini qınayan qətnamə qəbul edib. Qətnamə 474 “lehinə”, 4 “əleyhinə” və 51 “bitərəf” səslə qəbul edib. Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini 2023-cü ilin dekabrında həbs edilmiş hüquq müdafiəçisi İlhamiz Quliyevi, Avropa İttifaqı və digər ölkələrin vətəndaşları da daxil olmaqla, bütün digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.

“Azərbaycanda insan hüquqlarının pozulmasının davam etməsi COP 29-u qəbul edən ölkə ilə bir araya sığmır”, – qətnamədə deyilir.

Avropa Parlamentinin deputatları Avropa Komissiyasını “energetika sahəsində Azərbaycanla strateji tərəfdaşlığın dayandırılması” məsələsinə baxmağa da çağırıblar. Həmçinin deputatlar “insan hüquqlarını ciddi şəkildə pozan azərbaycanlı məmurlara qarşı Avropa İttifaqının sanksiyalarının tətbiq edilməsi” barədə çağırışlarını təkrarlayıblar.

Azərbaycanın Milli Məclisi Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqlarına dair qəbul etdiyi qətnaməyə bəyanatla cavab verib.Parlament qətnaməni obyektivlikdən uzaq, qərəzli siyasi aksiya kimi qiymətləndirib.

“Yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edirik”, – deyə bəyanatda qeyd olunub.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyanatında bildirib ki,  Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button