Новости Азербайджана

Prezidentin quru sərhədləri, Ukrayna müharibəsi, Azərbaycan-…

Ölkə başçısı İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirib. Prezident deyib ki, quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürlər.

Prezident tədbirdə suallara cavabında Rusiya- Ukrayna müharibəsinə də toxunub.

“Biz Ukraynaya 30 milyon avrodan artıq humanitar və maliyyə yardımı etdik. Böyük Azərbaycan diasporunun olduğu və bir çox sosial infrastrukturun bərpa edildiyi İrpen şəhərində yenidənqurma işləri aparırıq. Daha heç bir şey. Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik, bunu açıq şəkildə deyə bilərik, etməyəcəyik. Humanitar yardım – bəli, silah – yox, bu, mənim cavabımdır”.

Tədbir zamanı İlham Əliyev Rusiyanın Azərbaycan və Qafqaz maraqlarına da toxunub:

“Rusiya Azərbaycanın qonşusudur və bu ölkə ilə müxtəlif sahələrdə bizim çox fəal əməkdaşlığımız var. Prezident Putinlə son görüşdə həmin məsələləri, iqtisadi əməkdaşlığımızı və xüsusən də daşımalar sahəsində işbirliyimizi geniş şəkildə müzakirə etdik. Əlbəttə ki, əməkdaşlığın böyük hissəsi humanitar sahəyə aiddir. Azərbaycanda 300-dən artıq rus məktəbi var və insanlar rus məktəblərində təhsil almağa üstünlük verərək onları seçirlər. Bir sözlə, ümumi məsələlərimiz çoxdur və regional ölkə – Qafqaz ölkəsi olaraq, – çünki Qafqazın müəyyən hissəsi Rusiya hüdudları daxilindədir, – əlbəttə ki, Rusiya bu regionu heç zaman tərk etməyəcək. Çünki onun özü bu regiona aiddir və düşünürəm ki, Cənubi Qafqazın bütün ölkələri Rusiya ilə qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı maraq əsasında yaxşı münasibətlərin qurulmasında maraqlı olmalıdırlar. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun mümkün olduğunu aydın şəkildə göstərir”.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Prezidentin bu və digər açıqlamaları ilə bağlı siyasi şərhçi İlham İsmayıl Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button