Новости Азербайджана

Rusiya sülhməramlıları niyə gəlmişdi, niyə getdi? – Şücaət Ə…

Aprelin 16-dan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına start verilib. Bir gün sonra isə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov rus sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

O cümlədən, Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə Hacıyev qeyd edib.

Qeyd edək ki, 10 noyabr 2020-ci il Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları üçtərəfli bəyanata əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşmalı idi.

Mövzu ilə bağlı siyasi şərhçi Şücaət Əhmədzadə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button