Новости Азербайджана

Azərbaycanda ərzaq məhsulları niyə bahalaşır? – Vahid Məhərr…

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir ki, Azərbaycanda 2024-cü ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,2 faiz təşkil edib.

Məlumatda o da qeyd edilir ki, 2024-cü ilin fevral ayında 2023-cü ilin fevral ayına nisbətən qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 99,7 faiz, o cümlədən, qida məhsulları 99,2 faiz, spirtli içkilər 102,0 faiz, tütün məmulatları üzrə 111,7 faiz olub.

Azərbaycana bu ilin əvvəlində ət idxalı artıb. Yanvar ayında ölkəyə 8 milyon 542 min dollar dəyərində 4 min 410 ton ət gətirilib. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, ötən ilin müfaviq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63,8 faiz və ya 1718 ton artıb. Ötən ilin yanvarında isə Azərbaycana 4 milyon 882 min dollar dəyərində 2 min 692 ton ət itxal edilib. Eyni zamanda, Hindistandan Azərbaycana dəyəri təxminən 4 manata başa gələn dondurulmuş ət idxalı əvvəlki illərə nisbətən artıb.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button