Новости Азербайджана

Deputat “zərərsizləşdirilməlidir” deyəndə nəyi nəzərdə tutur…

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü iclasında müəyyən çağırışları özündə ehtiva edən fikirlər səsləndirib.

O deyib ki, müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumlar təşkil olunur, amma dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir:

“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq. Xalqın müdafiəsini və təhlükəsizliyini hifz edən, o cümlədən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır”.

Deputat çıxışında xüsusi olaraq qeyd edib ki, hüquqi mexanizmlər işləmirsə, təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır:

“Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər Prezidentin şərəf və ləyaqətini qorumaq üçün  məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Deputat bununla nə demək istəyib?

AXCP sədrinin müavini Seymur Həzi Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button