Новости Азербайджана

Seçkiyə kim necə reaksiya verdi? – Samir Kazımlı saat 16:00…

Bu, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən ilk seçki idi, kampaniyada üstünlük təşkil edən və ictimai əhval-ruhiyyədə əksini tapan bir məsələ idi. Seçkiyə hazırlıq zamanı həqiqi plüralizm yox idi və tənqidi səslər davamlı olaraq boğuldu. Birləşmək və ifadə azadlıqlarına uzunmüddətli məhdudiyyətlər son qanun dəyişiklikləri ilə gücləndirilib və beynəlxalq demokratik standartlara uyğun gəlməyən qanunvericiliklə nəticələnib. ATƏT və ATƏT DTİHB birgə müşahidə missiyasının 7 fevral prezident seçkiləri haqqında ilkin rəyində belə deyilir.

“Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür.

Azərbaycan öz Konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”, – ABŞ səfirliyinin bəyanatında deyilir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.Təşkilat bildirib ki, seçki günü məntəqələrin təşkili və səsverməyə hazırlıqla bağlı cüzi çatışmazlıqlar qeydə alsalar da, səsvermə və səslərin sayılması prosesində ənənəvi çatışmazlıqlar müşahidə olunub:

Seçki Müşahidə Alyansı (SMA) 7 fevralda keçirilən növbədənkənar Prezident seçkilərini rəqabətsiz və qeyri-demokratik adlandırıb. Bu barədə SMA-nın fevralın 9-da yaydığı ilkin bəyanatında qeyd olunub.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Hüquq müdafiəçisi Samir Kazımlı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində  bu barədə danışır.

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button