Новости Азербайджана

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri… – Nati…

Milli Məclisin deputatı Siyavuş Novruzov yerli mediaya açıqlamasında deyib ki, quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər.

“Həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər ki, onların vasitəsilə maliyyələşirlər. Quru sərhədlər sadə vətəndaşlara yay, istirahət vaxtları hansısa ölkələrə getmək üçün lazım olan amildir. Qalan bütün hallarda quru sərhədlərin açılması ilə bağlı məsələ adi vətəndaşları o qədər də narahat etmir. Şəxsən mənə olunan şikayətlərin heç birində quru sərhədlərlə bağlı məktub daxil olmayıb”.

Aprelin 1-dən Bakının mərkəzində yerləşən bir neçə avtomobil dayanacağında (“parkinq”) qiymətlərin artırılacağı bildirilir. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan cədvəllərdə saatlıq və aylıq tariflər göstərilib. Bildirilir ki, “Qış Parkı”nın dayanacağında aylıq “parkinq” qiymətləri 30 manatdan 80 və 120 manata qalxacaq. “Azadlıq” meydanında isə aylıq paketlərdə 12 saatlıq məbləğ 100, 24 saatlıq məbləğ isə 140 AZN müəyyən edilib.

Bütün bunlar barədə iqtisadçı Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button