Новости Азербайджана

Ermənistandan gələn mesajlar sülh üçün ümid verirmi? – Elxan…

Ermənistan hökuməti Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün keçid məntəqələrinin yaradılmasına hazır olduğunu bildirir.Bu barədə mayın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında danışıb.

Paşinyan həmçinin bildirib ki, Ermənistan Gürcüstan və İranla mehriban qonşuluğu inkişaf etdirməli, Türkiyə və Azərbaycanla isə “düşmənçiliyi idarə etməli, azaltmalı və aradan qaldırmalıdır”, regional nəqliyyat marşrutlarını inteqrasiya etməlidir, iqtisadi əlaqələr qurmalı və inkişaf etdirməlidir.

Paşinyan Azərbaycanla demarkasiya məsələlərinə də toxunub. Bildirib ki, Tavuş bölgəsində sərhədlərin müəyyən edilməsi prosesinin bir məqsədi var: müharibəni mənasız, məntiqsiz və real olmayan etmək.

Nikol Paşinyan noyabra qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması ideyası ilə razı olduğunu deyib.

Qarşıdakı Alma-Ata görüşünə toxunan Paşinyan deyib ki, orada Alma- Ata bəyannaməsinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə daxil edilməsi məsələsi müzakirə olunacaq.

Разработка всех типов сайтов Разработка всех типов сайтов

Yeri gəlmişkən, bu gün Ermənistanın Baş naziri Rusiya Prezidenti ilə görüşəcək.

Siyasi şərhçi Elxan Şahinoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button